Rusiya üçün yeni tələ hazırlanır: ABŞ Putinə xəbərdarlıq etdi
Rusiya başa düşməlidir ki, Britaniya və ABŞ danışıqlar aparmaq istəmir və ona qarşı heç bir xoş niyyəti yoxdur.
Ajans.az xəbər verir ki, bu barədə MKİ-nin keçmiş analitiki Larri Conson “Dialogue Works” YouTube kanalında Rusiya rəhbərliyinə xəbərdarlıq edərək danışıb.
“Sizin (Rusiya rəhbərliyi - red) burada məşğul olduğunuz şey tamamilə pisdir, London və Vaşinqtondan olan bu adamların heç bir niyyəti yoxdur: oturmaq, ruslarla barışmaq və onlara bərabərhüquqlu hörmət etmək” – deyə, Conson qeyd edib ki, bu ölkələr 10 ilə yaxındır Rusiya ilə müharibə aparır (Soyuq müharibə formatında. – Red.).
Ekspert tam əmin olduğunu bildirib ki, Rusiya ilə danışıqların qarşısını almaq üçün - Vaşinqton və Londonun Kiyev rejimi tərəfindən Rusiya ərazisində terror aktlarını təşviq etmək və mümkün etmək niyyətinə əsaslanır:
“Mən bütün qəlbimlə inanıram ki, ABŞ və Böyük Britaniya Rusiya daxilindəki bu terror hücumlarında birbaşa iştirak edib”, - Conson yekunlaşdırıb.