Rusiya Türkiyədə daha bir atom elektrik stansiyası tikə bilər
Rosatom Türkiyədə ikinci AES tikmək təklifi alıb.
Ajans.az xəbər verir ki, bu barədə "RT" telekanalına dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev məlumat verib.
O, bu təklifin "Rosatom"a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan daxil olduğuna aydınlıq gətirib. Bundan əvvəl Türkiyə lideri bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.
"Hazırda Türkiyədə mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq", - Lixaçev bildirib.
Dövlət korporasiyası rəhbərinin sözlərinə görə, söhbət Qara dənizdə yerləşən Sinop ərazisindən gedir.