Rusiya təyyarəsi ağır qəzaya UĞRADI - YARALILAR VAR

Dünya
20-02-2025 - 12:54
Nijni Novqorod vilayətinin Novolikeevo kəndi yaxınlığında yüngül mühərrikli RV-7 təyyarəsi qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, təyyarədə ağır yaralanan iki nəfər olub. Məlum olduğu kimi, təyyarə qəzaya uğradıqdan sonra pilot təcili yardım xidmətləri ilə əlaqə saxlayıb və təyyarənin yandığını bildirib.
Təcili yardım xidmətləri TASS ilə söhbətində təyyarə ilə insident və iki nəfərin xəsarət alması ilə bağlı məlumatı təsdiqləyib. Agentliyin mənbəsinin sözlərinə görə, təyyarə “Vostochnı” kiçik aviasiya aerodromunun ərazisində sərt eniş edib.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Dekabrdan etibarən nağd ödəniş artıq mağazalarda qəbul edilməyəcək - Rusiyada
Dünya10:39 / 29-11-24