Reklam resmi
Reklam resmi

Rusiya qırıcıları bu ölkənin hava məkanını POZDU

Rusiya qırıcıları bu ölkənin hava məkanını POZDU
Dünya

Rusiyanın hərbi təyyarələri bu gün Estoniyanın hava məkanını pozub.

Ajans.az xəbər verir ki, bu haqda Reuters Avropa və NATO mənbələrinə istinadən məlumat yayıb.

Estoniya mediası Rusiyanın üç “MiQ-31” döyüş təyyarəsinin Vaindloo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olaraq orada təxminən 12 dəqiqə qaldığına dair xəbər yayıb.

Məlumata görə, təyyarələrin uçuş planı olmayıb və transponderləri söndürülüb. Pozuntu zamanı Estoniyanın hava nəzarəti ilə ikitərəfli radio əlaqəsi də olmayıb.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini hava məkanının pozulması ilə bağlı etiraz bildirmək və diplomatik nota təqdim etmək üçün çağırıb.

"Rusiya bu il Estoniya hava məkanını artıq dörd dəfə pozub, bu isə özü-özlüyündə qəbuledilməzdir, lakin bu gün baş verən, üç döyüş təyyarəsinin hava məkanımıza daxil olması misilsiz dərəcədə sərt pozuntudur”, – deyə XİN başçısı Margus Tsahkna bildirib.

“Rusiyanın sərhədləri sınamaq cəhdlərinin artması və artan aqressiyası siyasi və iqtisadi təzyiqlərin sürətlə artırılması ilə qarşılanmalıdır”, – Tsahkna əlavə edib.

“Politico”nun məlumatına görə, Rusiya “MiQ”ləri Estoniyanın paytaxtı Tallinə qədər gəlib çatıb.

NATO Rusiya təyyarələrini geri qaytarmaq üçün İtaliyaya məxsus F-35-ləri havaya qaldırıb.

Mövzular:
qırıcı PUA Rusiya Estoniya

Digər Xəbərlər