Reklam resmi
Reklam resmi

Rusiyadan ABŞ-yə XƏBƏRDARLIQ

Rusiyadan ABŞ-yə XƏBƏRDARLIQ
Dünya

Rusiya Ukraynaya silah verilməsinin münaqişənin daha da genişlənməsinə və beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərə biləcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, ABŞ tərəfi ilə aparılan təmaslar zamanı Kiyevə hərbi texnika göndərilməsinin regional və qlobal təhlükəsizlik üçün arzuolunmaz nəticələr doğura biləcəyi dəfələrlə diqqətə çatdırılıb. Zaxarova qeyd edib ki, Rusiya belə yüklərin daşındığı karvanları legitim hərbi hədəf hesab edir.

Nazirlik sözçüsü həmçinin bildirib ki, Voronej vilayətinə 22 iyun tarixində həyata keçirilən hücumlar zamanı Ukrayna Silahlı Qüvvələri Qərb istehsalı olan silahlardan istifadə edib.

Digər Xəbərlər