Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə
Zəlzələ
Dünya 17-03-2025 - 10:59

Cənubi Kuril adaları sahillərində zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Seysmik hadisə bazar ertəsi, martın 17-nə keçən gecə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,3 bal təşkil edib. Zəlzələnin episentri Sakit okeanda, Şikotan adasının Malokurilskoye kəndindən 141 kilometr şərqdə yerləşib. Mənbə 45 kilometr dərinlikdə yerləşirdi, Semenova aydınlaşdırıb.

Seysmoloqun sözlərinə görə, zəlzələnin hiss olunması barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib. Zərərçəkənlər və infrastruktura dəyən zərər barədə məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: