Rusiya lazım gələrsə, Avropanı da vura bilər! - ABŞ
Rusiya lazım gələrsə, orta mənzilli “Oreşnik” ballistik raketi ilə Avropadakı hədəfləri vurmağa qadirdir.
Ajans.az xəbər verir ki, raketin uçuş məsafəsi Amerikanın “Military Watch Magazine” (MWM) nəşrində qiymətləndirilib.
“Orta mənzilli ballistik raketlər Avropa və Atlantikdəki hədəflərə qarşı dəyərli üstünlük təmin edir. Oxşar kompleks Yaponiya, Cənubi Koreya və Quamdakı Qərb hərbi obyektlərinin əhatə dairəsinə də yerləşdirilə bilər”, - müəllif yazır.
O qeyd edib ki, “Oreşnik”in yerüstü ballistik raketlərin arsenallarının məhdud olduğu Qərb dünyasında analoqu yoxdur.
Noyabrın əvvəlində “Daily Mail” Rusiyanın “Oreşnik” raketinin Avropanın böyük şəhərlərinə çatması üçün lazım olan vaxtı hesablamışdı. Nəşr xüsusən də Həştərxan vilayətindəki poliqondan buraxılan raketin Berlinə 11-12 dəqiqəyə uça biləcəyini bildirib.