Rusiya Kiyevə bir daha zərbə endirdi
![Rusiya Kiyevə bir daha](https://ajans.az/uploads/images/202502/image_940x_67ac5aa358170.webp)
Rusiya ordusu Kiyevə geniş raket hücumu həyata keçirib.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib.
Yermakın sözlərinə görə, zərbə ballistik raketlərlə endirilib. Fövqəladə Hallar Xidməti şəhərin bəzi ərazilərində yanğınların baş verdiyinə aydınlıq gətirib.
Bundan əvvəl məlum olmuşdu ki, fevralın 12-nə keçən gecə baş verən silsilə partlayışlardan sonra Kiyevdə elektrik enerjisində fasilələr başlayıb. Xüsusilə, Ukrayna paytaxtının Obolonski rayonunun bəzi yerlərində elektrik enerjisi kəsilib