Rusiya istənilən ölkə ilə qarşılıqlı hörmət əsasında dialoqa hazırdır - LAVROV

Rusiya istənilən ölkə ilə qarşılıqlı hörmət əsasında dialoqa hazırdır -
Lavrov
Siyasət 19-02-2025 - 13:43

Rusiya istənilən ölkə ilə qarşılıqlı hörmət və bərabərlik əsasında dialoqa hazırdır.

Ajans.az xəbər verir ki, bunu Dövlət Dumasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Moskvanın konstruktiv qarşılıqlı fəaliyyətə həmişə açıq olduğunu və beynəlxalq əməkdaşlığı gücləndirməyə səy göstərdiyini vurğulayıb.

Bundan əvvəl Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ Ər-Riyadda danışıqlar zamanı əməkdaşlığın bərpası üçün şərait yaratmaq barədə razılığa gəliblər. Nazir həmçinin vurğulayıb ki, tərəflər geosiyasi məsələlərdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: