Rus qoşunları Sudja şəhərinə də ÇATDI

Rus qoşunları Kursk bölgəsinə hücum zamanı Sudjanın kənarına çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Rusiya ordusu Sudja ilə şərqdə yerləşən Belaya kəndini birləşdirən magistral yola da nəzarət edib.
Bundan əlavə, rus bölmələri Sudjanın yeddi kilometrliyindəki Martınovka kəndinə də hücuma başlayıb. 155 və 106-cı briqadalar da hücumda iştirak edir, düşmən bölmələrini mühasirəyə almağa çalışırlar.
Oktyabrın 14-də Amerika qoşunlarının Kursk bölgəsinə daxil olmasına dair sübutlar ortaya çıxıb. Söhbət Qluşkovski rayonunda vurulan Stryker piyada döyüş maşınının ekipajından gedir. Döyüş maşınında olanların heç biri xilas edilə bilməyib.