Roma Papasının vəziyyəti AĞIRDIR

Roma Papasının vəziyyəti
Roma Papası
Dünya 05-03-2025 - 17:18

İkiqat pnevmoniyadan əziyyət çəkən Papa Fransisk bir gecə də mexaniki ventilyasiyada olmasına baxmayaraq bir az dincələ bilib.

Ajans.az “TASS”a istinadən xəbər verir ki, o, bu gündən pontifik burun boruları vasitəsilə oksigeni qəbul etməyə başlayıb.

Onun səhhəti stabildir, ümumi klinik vəziyyəti ağır olaraq qalır. O, bu gün heç bir iş fəaliyyətində iştirak etmir və heç bir səfər planlaşdırılmır.

Qeyd olunur ki, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti artıq çərşənbə günləri keçirilən ənənəvi ümumi auditoriya üçün hazırlanmış məclis mətnini dərc edib.

Bundan əvvəl bildirilmişdi ki, fevralın 14-də Roma Papası Fransisk Romanın Gemelli xəstəxanasına yerləşdirilib. Ayın əvvəlində bronxitdən xəstələnib, lakin dindarlarla görüşlər keçirməyə davam edib və nəticədə ikiqat pnevmoniyaya səbəb olub. Ən son xəbər budur ki, katolik kilsəsinin 88 yaşlı lideri kəskin tənəffüs çatışmazlığından əziyyət çəkir və hazırda oksigen terapiyasından keçir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: