“Range Rover”dən 9400 dollar oğurlandı

“Range Rover”dən 9400 dollar
oğurluq
Hadisə 03-12-2024 - 12:14

Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

Ajans.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

    Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

    PAYLAŞ: