Ramazanda toy etmək HARAMDIR?- AÇIQLAMA

Ramazanda toy etmək HARAMDIR?-
Cəmiyyət 05-03-2025 - 14:46

Ramazan ayında insanlar oruc tutmaqla yanaşı, pisliklərdən uzaq durmağa və daha çox ibadət etməyə çalışırlar. Bir çox spirtli içki qəbul edən şəxs, bu ayda oruc tutmasalar da, alkoqollu içkilərdən çəkinməyə üstünlük verir. Həmçinin, Ramazan ayında mağazalarda spirtli içkilərin satışının azalması müşahidə olunur. Bu, yalnız orucla əlaqəli deyil, həm də toy, nişan, yubiley və digər şənliklərin keçirilməməsi ilə bağlıdır.

Ramazan ayı şadlıq evləri və restoranların fəaliyyətinə də təsir göstərir. Bakıdakı bir çox restoran və şadlıq evlərində, Ramazan ayı boyunca toy mərasimləri keçirilməz. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonra təşkil edilir.

Müqəddəs Ramazan ayında ən çox müzakirə olunan məsələlərdən biri toyların keçirilməsidir. Bu ayda toy etmək düzgün hesab olunurmu?

 Sualımızı cavablandıranTəzə Pir məscidinin axundu Mircəfər Əyubov ‘’Ajans.az’’ deyib ki, Ramazan ayı, Quranda adı keçən yeganə müqəddəs aydır:

 ‘’Bu ay, ibadət, savab qazanmaq və mənəviyyatın yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ramazanın ən gözəl əməlləri arasında Quran oxumaq, namaz qılmaq, sədəqə vermək və insanlara mehriban yanaşmaq durur. Lakin bu ayda toy və şənlik etmək məsələsi müxtəlif baxışlara səbəb ola bilər. Şənliklər yalnız Ramazan ayında deyil, ümumilikdə, islami prinsiplərə uyğun gəlmədikdə problem yaradır. Bu, Ramazanın müqəddəsliyinə görə deyil, ümumiyyətlə, şənliklərin və israfçılığın islamda qəbul edilməməsidir. Əgər toylar və şənliklər Allahın qanunlarına uyğun şəkildə halal yolla keçirilirsə, heç bir eyib yoxdur. Lakin, məsələnin əsas çətinliyi ondadır ki, adi zamanlarda belə, toylarımız çox vaxt israfçılığa və islami qaydalara uyğun olmayan şəkildə keçirilir. Buna görə də bu məsələ daha diqqətlə yanaşma tələb edir’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: