Qonşu ölkədə güclü zəlzələ baş verdi

Severo-Kurilskdən 184 km aralıda 5,9 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
"Zəlzələnin maqnitudası 39 km dərinlikdə, ocağı Severo-Kurilskdən 184 km aralıda olub", - qurumun açıqlamasında bildirilir.
Seysmik hadisənin harada necə hiss olunduğu dəqiqləşdirilir.