Qonşu ölkədə güclü zəlzələ OLDU

Dünya
29-01-2025 - 04:40
İrkutsk vilayətində güclü zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.
Seysmik hadisə çərşənbə günü, yanvarın 29-da yerli vaxtla saat 06:54-də qeydə alınıb. Zəlzələnin episentri İrkutsk rayonunun Bolşoy Qoloustnoye kəndindən 36 kilometr aralıda, Baykal gölünün akvatoriyasında yerləşib. Oradakı yeraltı təkanların maqnitudası 5,6-ya çatıb.
İrkutskun özündə zəlzələnin gücü üç bal gücündə qiymətləndirilib. Zəlzələ nəticəsində heç kim xəsarət almayıb və heç bir infrastruktur dağıntısı olmayıb.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Çində yayılan virus sürətlə Qərbə GƏLİR: Qazaxıstanda da yoluxma qeydə alındı
Dünya15:21 / 05-01-25