Qonşu ölkədə güclü zəlzələ BAŞ VERDİ

Dünya
04-03-2025 - 12:59
Kemerovo vilayətinin cənubunda zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Seysmik hadisə Şereqeş dağ-xizək kurortunun yaxınlığında qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,2 bal təşkil edib. Mütəxəssislər zəlzələnin episentrdə 5,5 bal gücündə olduğunu bildiriblər.
Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib. Seysmik hadisə dağ-xizək kurortunun fəaliyyətinə təsir göstərməyib.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir