İçərişəhər sakinləri etiraz aksiyası KEÇİRİR - SƏBƏB

İçərişəhər sakinləri etiraz aksiyası KEÇİRİR -
Aksiya
Gündəm 30-10-2024 - 17:03
 176

Bakıda İstiqlaliyyət küçəsində yolun bağlanması sakinlərin etirazına səbəb olub.

Ajans.az-ın xəbərinə görə, oktyabrın 27-dən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yol bağlanması səbəbindən Əziz Əliyev küçəsi turistik avtobuslar üçün minib-düşmə məntəqələri yaratmaq məqsədilə yalnız avtobuslar üçün açıq olub.

Bu gün, oktyabrın 30-da İçərişəhər sakinləri bu məhdudiyyətə etiraz aksiyası keçiriblər. 

Sakinlərin əsas narahatlıq səbəbi İstiqlaliyyət küçəsindən girişin bağlanması və yalnız "Azneft" dairəsindən əraziyə girməyə icazə verilməsidir. 

Sakinlər bildirirlər ki, axşam saatlarında həmin ərazidə ciddi tıxaclar olduğundan yolda saatlarla qalmalı olurlar. 

Mövzu diqqət mərkəzimizdə qalcaq.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: