Qəzzada öldürülən jurnalistlərin sayı 188-ə çatdı
Ötən ilin oktyabrından Qəzzada İsrail qüvvələri tərəfindən öldürülən jurnalistlərin sayı 188-ə yüksəlib.
Ajans.az xəbər verir ki, Qəzzada yerləşən Hökumət İnformasiya Ofisi (GMO) Telegram-da verdiyi açıqlamada öldürülən dörd jurnalistin adlarını dərc edib.
Onların arasında qardaş və bacı olduqları güman edilən və şənbə günü İsrailin Qəzza şəhərinə hücumu zamanı öldürülən Zəhra Məhəmməd Əbu Sahileh və Əhməd Məhəmməd Əbu Sahileh də var.
Agentlik bu il İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində öldürülən daha iki jurnalist haqqında məlumat yayıb.