Qarlı havaya görə 15 nəfər xəsarət aldı, 2-si əməliyyat olundu

Qarlı havaya görə 15 nəfər xəsarət aldı,
Cəmiyyət 21-02-2025 - 11:04
 385

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Ajans.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinddən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

2 nəfərə cərrahi müalicə tətbiq olunub.

PAYLAŞ: