Qarlı havada 84 nəfər xəsarət alıb

Qarlı havada 84 nəfər
Hadisə 22-02-2025 - 13:36

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Ajans.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub",- deyə məlumatda qeyd edilib.

PAYLAŞ: