Qadının otel otağını yandırdılar
Moskvanın cənub-qərbində yerləşən “Astrus” otelində naməlum şəxs qadının otağını yandırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Oktyabrın 16-da axşam saatlarında təcavüzkar 18-ci mərtəbədəki otağa daxil olaraq otağa yanar maye tökdü və yandırdı. Hadisə nəticəsində yanğın siqnalizasiyası işə düşüb və yanğın söndürülüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər otaqda naməlum maye olan butulkalar aşkar ediblər.