Qadın plastik əməliyyatdan sonra vəfat etdi

Qadın plastik əməliyyatdan sonra
Cərrah
Hadisə 02-11-2024 - 16:33
 353

Sankt-Peterburqda müstəntiqlər 44 yaşlı yerli sakinin plastik əməliyyatdan sonra ölümü ilə bağlı cinayət işi açıb.

Ajans.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (“Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi”) ilə açılıb.

Oktyabrın 30-da zərərçəkmiş əməliyyatdan əvvəl heç bir əks göstəriş göstərməyən müayinələrdən keçib. Oktyabrın 31-də qadın özü əməliyyat olunub, noyabrın 1-də özünü pis hiss edib və huşunu itirib. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Nəticədə qadın vəfat edib.

Məlum olub ki, qadın qarın piylərini çıxarmaq üçün əməliyyat olunub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: