Qadağa dekabrın 1-dən qüvvəyə minir: Qaz sobası olan mənzillərin sahibləri CƏRİMƏLƏNƏCƏK
Qaz avadanlıqlarının yoxlanılması gözlənilmədən həyata keçirilə bilər.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada evlərin əksəriyyətində yemək bişirmək üçün istifadə olunan qaz sobaları var. Çoxları düşünür ki, soba normal işləsə, heç bir problem olmayacaq. Bununla belə, işləyən avadanlıq üçün də cərimə oluna bilərlər.
Fərman dekabrın 1-dən qüvvəyə minir. Qaz sobası olan mənzillərin sahibləri gündə 1500 rubl cərimə ödəməli olacaqlar. Qaz sobası 20 il xidmət müddəti üçün nəzərdə tutulub. Cihazın bu müddətdən sonra istifadəsi qazın bağlanması ilə nəticələnə bilər.
Sobanın yerdəyişməsi də qadağandır. Mətbəxdə öz yerində olmalıdır. Plitənin daşınması üçün 1500 rubla qədər cərimə mümkündür. Əgər soba qaytarılmasa, mənzilə qaz verilişi dayanacaq.