Putinə təhqir edən Harrisə Rusiyadan CAVAB GECİKMƏDİ
Ötən günlərdə Harrisin Putin ilə bağlı açıqladığı təhqiramiz fikirləri geniş marağa səbəb olub. Məsələ ilə bağlı Rusiyadan cavab gecikməyib.
Ajans.az xəbər verir ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa rus KİV-I ilə müsahibəsində Harrisin ümidsiz olduğunu bildirib:
“Harrisin Putini təhqir etməsi ümidsizliyi göstərir. Bugünkü Qərb siyasi elitası onları narahat edən uğursuzluqlardan hiddətlənir. Onlar bütün dünyaya diktə etməyə öyrəşib və dünya onlara qulaq asmağı dayandırdıqda ayaqlarının altından torpaq yoxa çıxdı. Rusiya prezidentinin ünvanına təhqirlər məsuliyyətsizlik və rüsvayçılıqdır. Bu cür davranışlar həmin şəxslərin psixologiyasından xəbər verir”.