Putindən sensasiyalı açıqlama: 4 min iranpərəst döyüşçü Tehrana getdi
Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bir sıra açıqlamalar verib.
Ajans.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsindən tutmuş rus general-leytenantının Moskvada öldürülməsinə qədər bir çox mövzuda fikirlər səslənib.
Rusiya prezidenti Putin, “Suriyada baş verənlərin hamısı Rusiyanın məğlubiyyəti deyil. Biz əslində məqsədimizə çatdıq. Rusiya bazaları ilə bağlı vəziyyəti qiymətləndirəcəyik” sözlərini deyib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyanın Suriyada quru qoşunları yoxdur və hərbi mövcudluğu yalnız hava qüvvələri və dəniz bazası ilə məhdudlaşır. İranın dəstəklədiyi qüvvələrin dəstəklədiyi on minlərlə rejim əsgərinin Hələbdən və bir çox bölgədən döyüşmədən geri çəkildiyini bildirən Putin, Əsədin devrilməsindən sonra Suriyadakı Hmeymim bazasından 4 min iranpərəst döyüşçünü Tehrana təxliyyə etdiklərini açıqlayıb.