Putin Netanyahu ilə GÖRÜŞƏCƏK? - Peskov açıqladı
Rusiya prezidenti Vladimir Putinin hazırda İsrailin baş naziri Benyamin Netanyahu ilə təmas planı yoxdur.
Ajans.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi Rusiya liderinin İran prezidenti Məsud Pezeşkianla gözlənilən görüşdən sonra İsrail Nazirlər Kabinetinin rəhbəri ilə danışıb-danışmayacağı ilə bağlı sualı belə cavablandırıb.
Xeyr, hələ yox ”, - Peskov bildirib .
Qeyd olunur ki, Putin oktyabrın 11-i cümə günü Aşqabadda Pezeşkianla ikitərəfli görüş keçirəcək. Liderlər Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsini müzakirə edəcəklər.