Putin Çin lideri ilə telefonla danışdı

Çin Sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Ajans.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Bildirilib ki, iki ölkə lideri Pekin vaxtı ilə günün ikinci yarısında söhbət aparıb.
Bununla belə, söhbət zamanı müzakirə edilən mövzular açıqlanmayıb.