Prezidentin vəzifə verdiyi Şahin Babayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, İlham Əliyevin Sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Ajans.az onun dosyesini təqdim edir:
Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olmuşdur. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil almışdır.
2011: Sumqayıt Texnologiyalar Parkında çalışmışdır.
2012-2021: Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləmişdir.
2023: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunmuşdur.
2024: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Rus, ingilis dillərini bilir. Ailəlidir.