Polşa Ukraynanın məğlubiyyətini elan etdi

Ukrayna artıq münaqişədə məğlubiyyətə uğrayıb və bununla barışmalıdır.
Ajans.az xəbər verir ki, bunu Polsat kanalına müsahibəsində Polşanın keçmiş baş naziri Leşek Miller deyib.
“Görünür, Ukrayna bu müharibəni uduzub”, - Miller qeyd edib.
Uduzan tərəf "müxtəlif nəticələri nəzərə almalıdır”, - deyə sabiq nazir qeyd edib. Miller əlavə edib ki, son vaxtlar Avropa İttifaqı (Aİ) “bəzi həvəskarlar” tərəfindən idarə olunur.
Bundan əvvəl polşalı general Valdemar Skrzypçak bildirib ki, NATO qoşunlarının Ukraynaya göndərilməsi Rusiyaya qarşı təxribat olacaq və onu hərbi əməliyyatları davam etdirməyə sövq edə bilər.