Polis məmurundan ŞOK CİNAYƏTLƏR: Xeyli sayda ÖLƏN VAR

Polis məmurundan ŞOK CİNAYƏTLƏR:
Polis
Kriminal 15-01-2025 - 16:11

Mersində növbətçi polis əməkdaşının Tarsusda arvadını boğaraq, Adanada qayınana və qayınatasının boğazını kəsdiyi, baldızını ürəyindən bıçaqla vuraraq öldürdüyü məlum olub.

Ajans.az xəbər verir ki, şübhəli şəxs qətl törətmək üçün Osmaniyeyə gedərkən yaxalanıb.

Mersinin Tarsus rayonunda patrul qruplarında çalışan polis məmuru Mehmet Tehçinin (43) oğlu Ökkeş Berk Tehçi (15) Mehmet Tehçi oğlunun ölümündə həyat yoldaşını və ailəsini günahlandırıb. Tehçi bu gün baldızı müəllim İsmayıl Tehçini səhər saatlarında təhsil mərkəzindən götürərək Kabasakal rayonunun kənd ərazisinə apararaq öldürüb.

Mehmet Tehçi daha sonra Mersinin Tarsus mahalına gələrək həyat yoldaşı Ferdane Tehçi (37) bıçaqla boğazını kəsərək öldürüb, sonra da avtomobillə Adanaya gəlib. Burada Tehçi qayınatasının evinə gələrək səhər yeməyi yeyən qayınatası Yusifi və qayınanası Hüsne Tehçini, baldızı isə Semiha Tehçini isə bıçaqlayaraq öldürüb.

Daha sonra şübhəli oğlunun intiharından məsul tutduğu Osmaniyedə yaşayan qohumlarını öldürmək üçün avtomobillə Osmaniyeyə doğru yola düşüb. Lakin səhər saatlarında ana, ata və qızın öldürüldüyü üzə çıxanda polis dərhal şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Adana Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Cinayət Büro Komandirliyi qrupları, şübhəlinin Osmaniyeyə gedəcəyini təxmin edərək yolda tədbir alıb. Şübhəli Ceyhan Yılan Kale yerində tutulub. Saxlanılan şübhəli polis bölməsinə aparılıb. Meyitlər yarılmaq üçün məhkəmə tibb müəssisəsinin morquna aparılıb.

Bu arada Mehmet Tehçinin həyat yoldaşı Ferdana Tehçinin sosial media hesabında ailəsinin fotosunu paylaşaraq “Dünya səninlə gözəldir, həyatımın mənası Mehmet Tehçi” sözlərini yazdığı üzə çıxıb. Fotoda bir il əvvəl intihar edən övladları Ökkeş Berk, qızı Almina və adları açıqlanmayan uşaqlarının olduğu öyrənilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: