Peskov açıqlama yaydı: "Bu həftə sülhlə bağlı..."

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezidenti Donald Trampın mətbuat katibinin bu həftə sülhün bağlanması ilə bağlı sözlərinə aydınlıq gətirilməlidir.
Ajans.az xəbər verir ki, daha əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, bu gün ABŞ prezidentinin Ukrayna münaqişəsinin nizamlanması üzrə “sülh planı”nın nədən ibarət olması barədə heç bir anlayış yoxdur.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi iki həftə ərzində Rusiya və ABŞ nümayəndələrinin yeni görüşünü elan edib. Qeyd olunur ki, Rusiya-Amerika dialoqunun yaxşı perspektivləri var.