Pensiyaların sığorta hissəsi nə qədər artacaq? - Komitə sədri AÇIQLADI

Pensiyaların sığorta hissəsi nə qədər artacaq? -
pensiya
Gündəm 09-12-2024 - 14:05

Gələn ilin əvvəllərindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı yüksələcək.

"İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək", - deyə komitə sədri əlavə edib.

PAYLAŞ: