Paşinyan Qrono ilə Azərbaycanla sülh prosesini müzakirə etdi

Paşinyan Qrono ilə Azərbaycanla sülh prosesini
Paşinyan
Dünya 03-04-2025 - 15:28

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Ajans.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşma prosesi və Cənubi Qafqazda vəziyyət müzakirə edilib.

    Bildirilib ki, tərəflər hər iki ölkə arasında sülh razılaşmasının imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar.

    PAYLAŞ: