Özcan Dənizdən- YENİ XƏBƏR

Ailəsi arasında baş verən hadisələrdən sonra ürək tutması keçirən müğənni və aktyor Özcan Dənizin səhhətinin vəziyyəti yaxşılaşır.
‘’Ajans.az’’ xəbər verir ki, ailəsi ilə problemlər yaşayan məşhur müğənni Özcan Dəniz ürək xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirilib. Ana Kadriye Dənizin “Oğlumu məndən ayırmaq istəyirlər” sözlərinə əsəbiləşən müğənninin həyat yoldaşı Samar Dadgar “Hamınızı cəhənnəm odunda yandıracağam” paylaşımı ilə reaksiya verib.
O, SEVƏNLƏRİNİ QORXUTDU.
Məşhur müğənni Özcan Dəniz ailəsi ilə yaşadığı problemlər ilə maqazin gündəmində qalmaqda davam edir. Baş rol aldığı serialın çəkiliş meydançasında ürək tutması keçirən Dəniz xəstəxanaya yerləşdirilib. Pərəstişkarlarını qorxudan xəbərdən sonra məşhur adın sağlamlıq durumu maraq doğurub.
SETƏ QAYIDIR.
Müayinələrdən sonra evə buraxılan müğənninin yaxın günlərdə ürəyinə stent qoyulacaq. Dəniz qısa bir istirahətdən sonra çəkilişlərə qayıdacaq.