Ömürlük məhkum olan keçmiş senatorla bağlı yeni təfərrüatlar ÜZƏ ÇIXDI

Vəkil ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukova qarşı Federal Penitensiar Xidmətin əməkdaşına rüşvət verməyə cəhdlə bağlı yeni cinayət işini tamamilə saxta hesab edir.
Ajans.az xəbər verir ki, bu barədə “TASS”a onun vəkili Anna Stavitskaya məlumat verib. Onun fikrincə, iş hökmdən verilən apellyasiya şikayətinə baxılmamışdan əvvəl məhkəməyə təzyiq göstərmək məqsədi ilə başlanıb və ona əsasən eks-senatora maksimum cəza verilib.
Vəkil bildirib ki, FSİN əməkdaşları bu yaxınlarda Araşukovu qəsdən pis şəraitdə yerləşdiriblər və ona iş üzrə sənədlərlə tanış olmağa imkan verməyiblər, həmçinin ona işgəncə veriblər.
Bu gün Rusiya Ali Məhkəməsi eks-senator və atasının hökmünə baxıb. Onlar cinayətkar birlik yaratmaqda, kütləvi qırğınların təşkilində və külli miqdarda oğurluqda təqsirli biliniblər. Məhkəmənin müəyyən etdiyi kimi, ata və oğul “Qazprom”dan 30 milyard rubldan çox məbləğdə qaz oğurlamaq üçün cinayətkar qrup yaradıblar. Hər ikisi ömürlük həbs cəzası alıb.
Oktyabrın 22-də məlum olub ki, “Qara Delfin” koloniyasında olan Araşukov vəkil vasitəsilə Federal Penitensiar Xidmətin əməkdaşına üç milyon rubl rüşvət verməyə cəhd edib. Məhkum koloniyada imtiyazlı şərait yaratmaq üçün rüşvətdən istifadə edib. Daha sonra Rusiya FSB keçmiş senatorun rüşvət təklif etdiyi videonu nümayiş etdirib.