Oğuzdakı hadisə ilə bağlı DİN açıqlama yaydı
Oğuz rayonunda qız qaçırtmağa cəhd edən 2 nəfər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib.
Oğuz rayonunda 18 yaşlı qızı qaçırtmağa cəhd edən 2 nəfər saxlanılıb və hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Polisin “dayan” əmrinə tabe olmayan şəxslərə qarşı xəbərdarlıq atəşi açması barədə iddialar əsassızdır.