Norveç 2025-ci ildə Ukraynaya hərbi dəstəyi 8 milyard dollara çatdıracaq

Norveç 2025-ci ildə Ukraynaya hərbi
Gündəm 04-04-2025 - 21:37

Norveç hökuməti 2025-ci il üçün Ukraynaya hərbi yardımını 8 milyard dollara qədər artıracaq.

Ajans.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında yayımlanan press-relizdə bildirilir.

“Məbləğin artırılması beynəlxalq təşəbbüslər vasitəsilə və Ukraynanın müdafiə sənayesindən birbaşa satınalmalar yolu ilə hərbi dəstəyə yönəldiləcək”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri, artilleriya üçün sursat, pilotsuz uçuş aparatları və dəniz təhlükəsizliyi ilə bağlı məsələlərdə dəstək prioritetdir.

PAYLAŞ: