NİİM Nərimanov rayonunda baş verən qəza ilə bağlı AÇIQLAMA YAYDI
Yol-nəqliyyat hadisəsi təkcə maddi zərərlə nəticələnmir, həm də digərlərinə münasibətdə mənəvi zərər vurur.
Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Nərimanov rayonu ərazisində qeydə alınan bu qəza ilk baxışdan maddi zərərlə nəticələnən hadisədir.
Ancaq qeyri-pik saatda, iki sürücünün qaydaya əməl etməməsi səbəbindən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yolda sıxlıq yaranır və nə qədər hərəkət iştirakçısının hərəkətində fasilələrə səbəb olur.