Reklam resmi
Reklam resmi

Hər ay 15 min iş yeri bağlanır - Bu ölkədə

Hər ay 15 min iş yeri bağlanır - Bu ölkədə
Dünya

Almaniya iqtisadiyyatı və sənaye sektoru çətin dövr keçirir. Ölkədə hər ay təxminən 15 min iş yerinin ixtisar edilməsi rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Ajans.az DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya Sənaye İttifaqının (BDI) baş direktoru Tanya Gyönner açıqlayıb.

Onun sözlərinə görə, Almaniya qarşısında duran vəzifələri uğurla yerinə yetirə biləcəyi təqdirdə yenidən güclü iqtisadi potensialını bərpa edə bilər. Gyönner bildirib ki, innovasiya uzun müddətdir ölkədə fəaliyyət göstərən bir çox şirkətin əsas prioritetlərindən biridir.

BDI rəhbəri qeyd edib ki, Almaniya sənayesi süni intellekt texnologiyalarının inkişafı fonunda yeni texnoloji inqilab mərhələsinə qədəm qoyur. Bununla yanaşı, Çin tərəfindən artan rəqabət və ABŞ-ın ticarət siyasəti sənaye sektoruna ciddi təzyiqlər yaradır.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın ağır sənaye sektorunda fəaliyyət göstərən işəgötürənlər assosiasiyası Gesamtmetall 2026-cı ildə də genişmiqyaslı ixtisarların davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Mövzular:
Almaniya iş yeri Almaniya Sənaye İttifaqı sənaye sektoru BDI Tanya Gyönner Almaniya iqtisadiyyatı

Digər Xəbərlər