Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Ajans.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.
Mövzular: