Ebolaya qarş ilk eksperimental peyvənd sınaqdan keçirilib
Konqo Demokratik Respublikasında yüzlərlə insanın ölümünə səbəb olan Ebola virusuna qarşı hazırlanan yeni nəsil peyvənd ilk dəfə Böyük Britaniyada bir könüllü üzərində sınaqdan keçirilib.
Ajans.az xəbər verir ki, Böyük Britaniyanın Oksford Universitetinin alimləri Afrikada yayılmış ölümcül Ebola virusuna qarşı mübarizə məqsədilə cəmi səkkiz həftə ərzində yeni peyvənd hazırlayıblar.
COVID-19 pandemiyası dövründə istifadə olunan peyvənd texnologiyası əsasında hazırlanan eksperimental peyvənd klinik tədqiqatlar çərçivəsində dünyada ilk dəfə 37 yaşlı britaniyalı könüllü Ed Hanta tətbiq olunub.
Mövzular: