Sakinlərdən ŞİKAYƏT: "Bunların səs-küyü yuxumuza haram qatır"
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsində yaşayan sakinlərin sözlərinə görə, yaşadıqları evlərin yaxınlığında fəaliyyət göstərən metal qəbulu məntəqəsi artıq uzun müddətdir ki, onların rahatlığını pozur.
Ajans.az xəbər verir ki, onlar iddia edirlər ki, müəssisədə yük maşınlarının yüklənib-boşaldılması gecə saatlarında – 00:00-dan başlayaraq 01:00, 02:00, 03:00 radələrində, hətta səhər tezdən də davam edir. Nəticədə yaranan güclü səs-küy ətrafda yaşayan insanların istirahətinə mane olur.
Sakinlər bildirirlər ki, ərazidə yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar var və gecə saatlarında yaranan səs-küy onların sağlamlığına mənfi təsir göstərir. Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə müəssisə rəhbərliyinə müraciət edərək narahatlıqlarını çatdırsalar da, indiyədək məsələ öz həllini tapmayıb.
Mövzular: