Reklam resmi
Reklam resmi

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər 

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər 
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı iradələrini təsdiqləyiblər.

Nikol Paşinyan ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistandan ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə ediblər. Paşinyan və Makron Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Mövzular:
Ermənistan Fransa Nikol Paşinyan Emmanuel Makron telefon danışığı

Digər Xəbərlər