Azərbaycan vətəndaşı Rusiyada HƏBS EDİLDİ
Rusiyada 42 yaşlı Azərbaycan vətəndaşı həbs edilib.
Ajans.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Altay Əyalət Departamentinin məlumatına görə, hərbi məhkəmə Barnaulda kilsəni yandırmağa cəhd etdiyinə görə 42 yaşlı Azərbaycan vətəndaşını 15 il müddətinə həbs edib.
Departamentin açıqlamasına görə, məhkəmə onu terror aktı törətməyə cəhd etməkdə təqsirli bilib.
O, cəzasının ilk dörd ilini həbsxanada keçirəcək.
Mövzular: