Bu ölkədə hərbi vəziyyət və səfərbərlik UZADILDI
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılması barədə qanunlar imzalayıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat verib.
Fərmanın mətnində deyilir: "Qərara alıram: Ukraynada hərbi vəziyyətin müddəti 23 iyul 2026-cı ildən 90 gün uzadılır".
Qeyd olunur ki, hər iki sənəd dövlət başçısının imzası ilə parlamentə qaytarılıb. Bundan əvvəl, 14 iyulda deputatlar hərbi vəziyyət və hərbi səfərbərlik müddətinin uzadılmasını təsdiqləyiblər.
Mövzular: