İranda zəlzələ oldu
İranın Huzistan əyalətinin Salend rayonunda 5 maqnitudada zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Salend rayonunda, ocağı 8 kilometr dərinlikdə yerləşib.
Hər hansı dağıntı və ya tələfat barədə məlumat verilmir.
Mövzular: