Peter Pelleqrini Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərinə ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır.
Ajans.az xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir", - o yazıb.
Peter Pelleqrini bildirib ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək.
Mövzular: