Reklam resmi
Reklam resmi

Hücum edilən gəmi  YANDI: Bu ölkədə

Hücum edilən gəmi  YANDI: Bu ölkədə
Dünya

Omanın fövqəladə hallar xidməti Musandam əyalətinin sahillərində, Hörmüz boğazında qəzaya uğrayan "GFS Galaxy" gəmisinin 23 heyət üzvünü xilas edib. İtkin düşən bir dənizçinin axtarışları isə davam etdirilir.

 Ajans.az  xəbər verir ki, bu barədə sultanlığın Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

"Fövqəladə hallar xidməti Kipr Respublikasının bayrağı altında üzən "GFS Galaxy" ticarət gəmisindən daxil olan fəlakət siqnalına dərhal reaksiya verib və 23 heyət üzvünü xilas etmək mümkün olub", - deyə bəyanatda qeyd olunur.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) daha əvvəl konteyner gəmisinin Oman sahillərindən 16 km şərqdə arxa hissəsindən zədə aldığını və bunun göyərtədə yanğına səbəb olduğunu bildirmişdi.

Öz növbəsində Hindistan Xarici İşlər Nazirliyi gəmiyə edilən hücumu pisləyib. Nazirlikdən bildirilib ki, gəmi heyətində Hindistanın 11 vətəndaşı olub, onlardan 10-u xilas edilib, bir nəfər isə itkin düşüb.

Qeyd edək ki, Musandam Omanın Hörmüz boğazı yarımadasında yerləşən eksklavıdır.

Mövzular:
Dəniz Təhlükəsizliyi Mərkəzi Kipr Respublikası Musandam Oman Hörmüz boğazı

Digər Xəbərlər