Reklam resmi
Reklam resmi

Argentina tarix yazdı - Yarımfinala yüksəlib

Argentina tarix yazdı - Yarımfinala yüksəlib
Dünya

Argentina millisi 2026-cı il dünya çempionatının yarımfinalına yüksəlib.

Ajans.az xəbər verir ki,  Lionel Skaloninin komandası 1/4 finalda İsveçrə ilə qarşılaşıb.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda üstün oynayan Argentina rəqibini 3:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Bu qələbə ilə Argentina dünya çempionatları tarixində yeni rekorda imza atıb. “Tanqoçular” ardıcıl 12 mundial oyununda 2 və ya daha çox qol vurublar.

Bu, turnirin tarixində ilk belə göstəricidir. Əvvəlki rekord Uruqvaya məxsus idi. Cənubi Amerika təmsilçisi 1930–1954-cü illər aralığında ardıcıl 11 dünya çempionatı oyununda ən azı iki qol vurmuşdu.

Qeyd edək ki, Argentina sonuncu dəfə dünya çempionatında iki qol həddinə çata bilmədiyi oyunda Səudiyyə Ərəbistanına uduzub. Bu, 2022-ci ilin noyabrında baş tutan və 1:2 hesabı ilə yekunlaşan görüş olub.

Mövzular:
Argentina Lionel Skaloni Argentina millisi DÇ-2026 Cənubi Amerika

Digər Xəbərlər