ABŞ 2026-cı il üçün neft hasilatı proqnozunu artırıb
ABŞ Energetika Nazirliyi 2026-cı il üzrə ölkədə xam neft hasilatı proqnozunu sutkada 60 min barel artırıb.
Ajans.az xəbər verir ki, nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına əsasən, ABŞ-də xam neft hasilatının 2026-cı ildə sutkada orta hesabla 13,78 milyon barel təşkil edəcəyi gözlənilir. Əvvəlki proqnozda bu göstərici 13,72 milyon barel idi.
Bununla yanaşı, EIA 2027-ci il üzrə hasilat proqnozunu sutkada 120 min barel azaldaraq 14,15 milyon bareldən 14,03 milyon barelə endirib.
Mövzular: